Avropa İttifaqı Ukraynaya PUA istehsalını artırmaq və müdafiə qabiliyyətini gücləndirmək məqsədilə növbəti hərbi yardım paketini təqdim edib.
Aktual.azxəbər verir ki, Brüssel Kiyevə əlavə 1,2 milyard avro məbləğində maliyyə vəsaiti ayırıb.
Ukraynanın Baş naziri bildirib ki, bu son hadisə də daxil olmaqla, Ukrayna "Ukraine Support Loan" müdafiə maliyyələşdirilməsi proqramı çərçivəsində Aİ-dən ümumilikdə 13 milyard avroya yaxın vəsait əldə edib.
Avropa Komissiyasının mətbuat xidmətindən verilən açıqlamaya görə, ayrılan bu vəsait birbaşa Avropa hərbi-sənaye kompleksindən pilotsuz uçuş aparatlarının (PUA), PUA-pərəstlərin (tutucu dronlar) və raketlərin satınalınmasına və Ukrayna ordusuna tədarük edilməsinə yönəldiləcək.
Xəbər 20 dəfə oxunub.