İran və Azərbaycanın yük maşınları sərhəd vergisindən azad edildi

İran və Azərbaycanın yük maşınları sərhəd vergisindən azad edildi

İran və Azərbaycanın yük maşınları dekabrın 22-dən etibarən 160 ABŞ dolları həcmində olan sərhəd vergisini ödəməkdən azad edilib.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın quru yolu və nəqliyyat idarəsinin tranzit nəqliyyat və sərhədyanı terminallar departamentinin rəhbəri Məhəmməd Cavad Atrçian deyib.

Onun sözlərinə görə, bu qərar iki ölkə rəsmilərinin Tehranda keçirilən 10-cu Birgə İqtisadi Komissiyası çərçivəsində qəbul olunub.

O qeyd edib ki, hər iki tərəfdən, həmçinin, hər ay 500 pulsuz keçid veriləcək.

Məhəmməd Cavad Atrçian sözlərinə görə, Rusiya, Belarus, Ukrayna, Azərbaycan və Gürcüstana ixrac məhsulları daşıyan yük maşınları 22 dekabr 2015-ci il tarixdən etibarən 160 ABŞ dolları həcmində sərhəd vergisi ödəməkdən azad edilib.

Onun sözlərinə görə, yük maşını sürücülərinə ödənişsiz keçid lisenziyası İran-Azərbaycan sərhəd-keçid məntəqəsində verilir. 

Aktual.az

Xəbər 648 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR