İran Suriyanın şərqinə raket zərbələri endirib

İran Suriyanın şərqinə raket zərbələri endirib
  • DÜNYA

İranın İnqilab Keşikçiləri Qvardiyası Suriyada Fərat çayının şərqində yerləşən terrorçuların mövqelərinə raket zərbəsi endirib.


"Report” İran KİV-inə istinadən xəbər verir ki, məlumatı qvardiya yayıb.

Bildirilib ki, zərbələr İranın Əhvaz şəhərində törədilən terror aktına cavab olaraq endirilib.

Qeyd edək ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhrində keçirilən hərbi parada edlən silahlı hücum nəticəsində 29 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

Xatırladaq ki, Suriyanın şərqində terrorçu PKK-nın YPG və PYD adlı qolları da yerləşrir. Orada bu terrorçu qruplaşmaya ABŞ himayədarlıq edir. Türkiyə Ağ evdən həmin terrorçu qruplaşmanın ərazidən çıxarılmasını tələb edir.

 
Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR