İran koronavirusla mübarizədə Rusiyadan kömək istədi

İran koronavirusla mübarizədə Rusiyadan kömək istədi

Tehran koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə rəsmi Moskvanın köməyinə ümid edir.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
Qeyd edək ki, İranda koronavirusa yoluxma hallarının sayı 1 501-ə yüksəlib, 66 nəfər ölüb, 291 nəfər sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 71 ölkə və regionu əhatə edir. 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 000-ə çatıb. Bunların 48 238 nəfəri sağalıb, 3 120 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub. 
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR