İran casusları həbs edildi

İran casusları həbs edildi
  • DÜNYA

Bəhreyndə İrana və Livan "Hizbullah"ına bağlı olan gizli terrorçu şəbəkənin üzvləri tutulub.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin şəbəkə krallıq ərazisində İranın xüsusi xidmət orqanları və Livan "Hizbullah"ının tapşırığına uyğun olaraq fəaliyyət göstərirmiş. Onlar Bəhreyndə silahlı qruplaşmalar hazırlayaraq, partlayışlar törətməyi planlaşdırıb.
Xəbərdə bildirilib ki, bu şəbəkəyə Əli və Məhəmməd Fəxraui adlı əkiz qardaşalr başçılıq edirmiş.

Məlumata görə, şəbəkəyə daxil olan 6 nəfərin hamısı tutulsa da, onların başçılarından biri İranda gizlənir.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR