İran bazara sutkada 500 min barel neft çıxaracaq

İran bazara sutkada 500 min barel neft çıxaracaq

“Bu ölkənin neftini almaq istəyən yeni ölkələr var”.

Sanksiyaların ləğvindən sonra İran bazara neft çıxartmağa hazırdır.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin beynəlxalq əlaqələr departamentinin direktoru Səid Mohsen Kamsari bildirib.

Onun sözlərinə görə, sanksiyaların ləğvindən sonra İran bazara sutkada 500 min barel neft çıxara bilər.

S.M.Kamsari bildirib ki, dünya bazarına son üç il ərzində İranın yerinə çox yeni xam neft ixrac edən ölkələr daxil olub və bu gün dəyişmiş vəziyyəti nəzərə alaraq uyğun olan proqramlar hazırlanıb, sutkada 500 min barel neft sanksiyaların ləğvindən sonra bazara çıxarılması nəzərdə tutulub.

Kamsarinin sözlərinə görə, İran neftinin əvvəlki istehlakçıları yeniləməyə və ya onun alışını artırmağa hazırdır:

“İrandan karbohidrogen almaq istəyən yeni ölkələr var. İdxalatçıların əksəriyyəti (İran neftinin sanksiyalara qədərki alıcıları) əvvəlki həcmlərdə İran neftini almağa hazırdır” - deyə, direktor qeyd edib.

// Aktual.az

Xəbər 1460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR