İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai rəsmi Tehranın nüvə proqramı ilə bağlı qətiyyətli açıqlama verib.
Aktual.az xəbər verir ki, o, ölkədə əldə olunan zənginləşdirilmiş nüvə materiallarının xaricə daşınmayacağını bəyan edib.
Möhsün Rezai məsələ ilə bağlı deyib:
"Biz zənginləşdirilmiş nüvə materialının bir zərrəsini belə İrandan çıxarmayacağıq. Rusiyalı dostlarımıza da məlumat vermişik ki, zənginləşdirilmiş materiallar İranda qalacaq və onlardan özümüz istifadə edəcəyik. Bizə atom gəmilərinin və sualtı qayıqların layihələndirilməsi üçün zənginləşdirilmiş nüvə materialı lazımdır".
Xəbər 27 dəfə oxunub.