“İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir” – Qüdrət Həsənquliyev

“İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir” – Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev: "MTN işinin məntiqi sonluğa çatmaması bəzilərini cürətləndirib”

İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir.
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
BAXCP mətbuat xidmətinin "son günlər bəzi iqtidar təmsilçilərinin iqtidarın maraqlarına xidmət etməyib, açıqdan-açığa ona zərər vuran bəyanatlarla çıxış etmələri Sizi təəccübləndirmir ki? Başa düşmürlər, yoxsa...” sualını Qüdrət Həsənquliyev belə cavablandırıb:
"Qətiyyən təəccübləndirmir. Onlar hər şeyi çox gözəl başa düşürlər. Çoxları bilir ki, onlar iqtidarda kimin əlaltısına çevriliblər, onun tapşırıqlarını ıcra edirlər. Bu açıqlamalar 11 sentyabrda siyasi partiyaların, aparıcı QHT və KİV rəhbərlərinin "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçiriləcək tədbiri pozmağa, seçki öncəsi iqtidarı daxildə və beynəlxalq aləmdə çirkin və qanunsuz işlərin müəllifi, korrupsiyaya bulaşmış bir komanda kimi biabır etməyə hesablanıb. Zaman-zaman biz iqtidar daxilində qudurub həddini aşan və Prezidentə meydan oxumaq fikrinə düşən şəxslərin hansı taleyi yaşadıqlarının şahidi olmuşuq. Atalar sözü var: "Quduran 40 gün yaşayar”.
İndi növbəti dəfə iqtidarda özünütəmizləmə işinə başlanılmasının zamanı çatıb. Əgər bu gün bu edilməsə gələcəkdə proses daha ağrılı və çətin olacaq.
İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir.
MTN işinin məntiqi sonluğa çatmaması bəzilərini cürətləndirib. Onlar payızda fit müxalifətindən istifadə edərək sabitliyi pozmaqla istədiklərinə nail olacaqlarına kökləniblər”.
Xəbər 876 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR