İqor Popov: "Təmas xəttində vəziyyət sabitləşib"

İqor Popov:

 "Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət az-çox sabitləşib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini vurğulayıb.
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. O cümlədən iki ölkənin liderləri arasında Düşənbədə baş tutan danışıqları, əldə edilmiş və hazırda həyata keçirilən razılaşmaları müzakirə etdik. Yerevanla Bakı arasında yaradılan kommunikasiya xəttindən danışdıq", - deyə İ.Popov bildirib.
 
Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR