İpoteka kreditləri ilə bağlı AÇIQLAMA

İpoteka kreditləri ilə bağlı AÇIQLAMA

"Orta maaş alan şəxs ev ala bilmir. İpoteka şərtləri, bank kreditləri arzuolunan səviyyədə deyil. Mütləq buna bir əncam çəkməliyik. Demoqrafik vəziyyət çox acınacaqlı şəraitə gətirib çıxara bilər. Hələlik həyəcan təbili çalmağa əsas yoxdur, ancaq ciddi problemlər yaranmaqdadır”.
Aktual.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Barometr TV-də yayımlanan "Rövşanə ilə Gündəm” verilişində deyib.
Deputatın sözlərinə görə, ipoteka kreditlərində olan faizlər mütləq azaldılmalıdır: "Necə ki hakimlər və ya başqaları üçün 4 faizə endirildi, imtiyazı bütövlükdə gənclik kateqoriyasında olan insanlara şamil etməliyik. Bu təkcə ipoteka götürənin problemi deyil, eyni zamanda kredit götürən sahibkarların da problemidir. Sahibkarlığın inkişafına daha çox diqqət ayırsaq, problemlərin çoxu həll olunacaq. Sahibkar bazarda öz mövqeyini möhkəmlətmək üçün mütləq tələbata uyğun olaraq binalar tikəcək, orada da qiymətləri elə şəkildə edəcək ki, satılsın və yeni perspektivdə öz bisnezini davam etdirsin. Bu, bir çox ölkədə təcrübədən keçmiş vəziyyətdir. Biz sahibkara da o krediti verə bilmirik. İpoteka məsələsinə çox ciddi yanaşmalıyıq. Çox sayda insan məhz bu səbəbə görə evlənə bilmir. Bunu bir az da qadınlar üçün əlçatan etməliyik ki, bir çox qadınların ən böyük arzusu müstəqil evlərinin olmasıdır. Həyat yoldaşı, özü də yoxsul oldusa, bu, kiminsə himayəsində yaşamalıdır. Bu isə insan şəxsiyyəti üçün ağır müddətdir, prosesdir”.
F.Mustafa bildirib ki, ilk olaraq kredit şərtləri qaydaya salınmalıdır: "Hələ bank olmayan kredit təşkilatları öz istədiyi faizlə kredit verir. Biz alternativlər yaratmışıq ki, vətəndaşlar heç olmasa müəyyən dərəcədə rahatlıqla alsın, amma faizlər orada daha çoxdur. Liberallaşmağa getməyə çalışmalıyıq. Bu zaman bir çox məsələlər qurumların yenidən dəyişimi, formalaşması yolu ilə xırda problemlərin həllini çözmək mümkün olacaq. Ona doğru ciddi islahatlar aparmağa ehtiyac var”.
Xəbər 43 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR