“İnter”in futbolçusu Azərbaycan vətəndaşlığından imtina edir

“İnter”in futbolçusu Azərbaycan vətəndaşlığından imtina edir
  • İDMAN

Bakının "İnter" komandasının futbolçusu Abdulla Abatsiyev Azərbaycan vətəndaşlığından imtina qərarına gəlib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Zaur Svanadze məlumat verib.

Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi yenidən Rusiya vətəndaşlığını qəbul etmək niyyətindədir. Svanadze bildirib ki, Abatsiyev qonşu ölkə çempionatında oynaya bilməkdən ötrü bu addımı atıb: "Rusiyada legionerlərin oynamasında ciddi məhdudiyyətlər var. Əsas heyətə düşməkdə çətinlik çəkməməkdən ötrü Abatsiyev vətəndaşlığını dəyişmək qərarına gəlib. Amma keçəcəyi klubun adını bilmirik".

Qeyd edək ki, Abdulla Abatsiyev Şimali Osetiyanın paytaxtı Vladiqafqazda doğulub. O, Azərbaycana 2011-ci ildə gəlib. Abatsiyev bir il "Sumqayıt"da çıxış etdikdən sonra "İnter"ə keçib. 2013-cü ildən etibarən gənc futbolçu Azərbaycanın 21 yaşadək və əsas yığmalarına cəlb olunub.

Xəbər 516 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR