İngiltərənin Türkiyədəki səfiri XİN-ə çağırıldı

İngiltərənin Türkiyədəki səfiri XİN-ə çağırıldı
  • DÜNYA

İngiltərənin Ankara səfiri Riçard Mor Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Aktual.az axar.az-a istinadən bildirir ki, bu barədə ictimaiyyətə Türkiyə XİN-in sözçüsü Tanju Bilgiç deyib.

O, İngiltərənin türk diplomatlara məxsus bank hesablarını dondurmaqla Vyana müqaviləsini pozduğunu bildirib.

Qeyd edək ki, ötən gün İngiltərə Kral Məhkəməsi Kipr Respublikasının müraciətindən sonra aralarında Türkiyənin London səfirliyinin əməkdaşları da daxil olmaqla 7 nəfərin bank hesabını dondurub.

Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR