Çində torpaq sürüşməsi: 141 nəfər dağıntı altında qalıb

Çində torpaq sürüşməsi: 141 nəfər dağıntı altında qalıb

Çinin Sıçuan vilayətində şiddətli yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 141 nəfər dağıntılar altında qalıb

Hadisə səhər saat 06:00 radələrində dağlıq ərazidə yerləşən Maosian qəsəbəsinin Sinmo kəndində baş verib. Dağıntılar altında qalanlar kənddəki 46 evin sakinləridir.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata əsasən, hadisə ilə əlaqədar qərargah yaradılıb. Hazırda hadisə yerində 500 nəfərlik canlı qüvvə və texnikanın köməyi ilə axtarış-xilasetmə işləri aparılır. Günortayadək dağıntı altında qalanlardan heç biri tapılmayıb(azərtac).
 
Aktual.az
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR