Çində koronavirus qurbanlarının sayı 3000 nəfəri ötdü

Çində koronavirus qurbanlarının sayı 3000 nəfəri ötdü

Çində koronavirus qurbanlarının sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. 
Məlumata görə, koronavirusdan ölənlərin sayı 3 012 nəfərə çatıb. Virusa yoluxmuş 52 mindən çox ölkə vətəndaşı sağalıb. Hazırda Çin Xalq Respublikasında virusa yoluxanların sayı 80,4 min nəfərə çatıb. 
Çərşənbə günü ölkədə 80,2 min nəfərin koronavirusa yoluxduğu, 2 981 nəfərin virusdan öldüyü, 49,8 min nəfərin sağaldığı xəbər verilib. 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR