Çin şirkətləri İran neftini almaqdan imtina ediblər

Çin şirkətləri İran neftini almaqdan imtina ediblər

 Çinin "Sinopec” və CNPC şirkətləri ABŞ-ın sanksiyalarını pozmaqdan çəkinərək İran neftini almaqdan imtina ediblər.

"Report"un "Reuters”ə istinadən verdiyi xəbərə görə, mənbə Çin şirkətlərinə sanksiyalara görə icazə verilib-verilməyəcəyinin hələlik məlum olmadığını və bu səbəbdən də noyabr ayında neft alaraq risk etmək istəyən olmadığını bildirib.
Xatırladaq ki, may ayında ABŞ prezidenti Donald Tramp BMTTəhlükəsizlik Şurasının sanksiyalarının ləğvi müqabilində İran nüvə proqramının məhdudlaşdırılmasına dair imzalanmış Əhatəli Razılaşma Planı adlı sənəddən birtərəfli qaydada çıxdıqlarını açıqlamışdı. Həmçinin ABŞ noyabrın 4-dən İranın neft ixracatına qarşı yeni sanksiyalar tətbiq edəcəklərini bildirmişdi.
 
Aktual.az
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR