Çin lideri İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Çin lideri İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, "Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.
Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.
Sizə möhkəm cansağlığı arzulayıram.
 
Aktual.az
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR