Çimərliyə gedənlər icazə almalı olacaq

Çimərliyə gedənlər icazə almalı olacaq

"Çimərliklərlə bağlı qaydalar hazırlanır. Bununla bağlı komissiya yaradılıb".

Aktual.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. 
O bildirib ki, bununla bağlı mütəxəssislərlə müzakirələr aparılır:
"Əhalini qorumaq üçün elektron sistemdən istifadə edilə bilər. Bu barədə tətbiqlər hazırlanır. Əgər vətəndaş çimərliyə getmək istəyirsə, evdən çıxmazdan əvvəl icazə ala və ya çimərlikdə yer sifariş edə bilər. Nəzarət üçün isə böyük çimərliklərdə administrasiyalar yaradıla bilər".

Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR