İlqar İsbatov: Bakıda bəzi “xruşşovka” binalar sökülə bilər

İlqar İsbatov: Bakıda bəzi “xruşşovka” binalar sökülə bilər

"Bəzi "xruşşovka” tipli binaların sökülməsi gündəmdədir”.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.

"Bakının görünüşünə ciddi xələl gətirən binaların sökülməsi nəzərdə tutulur. Bunlar əsasən 1-2 mərtəbəli binalardır. İlk növbədə, insanların həyatı üçün təhlükə yaradan və şəhərin görünüşünə xələl gətirən azmərtəbəli binalar söküləcək.

Bu proses hal-hazırda həyata keçirilən pilot layihə çərçivəsində davam edir. Məsələn, Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Nəsimi rayonlarında söküntü işləri həyata keçirilir”, - deyə İ.İsbatov bildirib.
 
Aktual.az 
Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR