İlin ən yaxşı 10 futbolçusu - Messi birincidir

İlin ən yaxşı 10 futbolçusu   - Messi birincidir
  • İDMAN

İspaniyanın "Marca" qəzeti başa çatmaqda olan 2015-ci ilin ən yaxşı futbolçularını müəyyənləşdirib.

Aktual.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, ilin ən yaxşı futbolçusu "Barselona"nın hücumçusu Lionel Messi seçilib.

Messinin komanda yoldaşları Neymar ikinci, Luis Suares isə üçüncü olub. "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo isə siyahıda 8-ci pillədə qərarlaşıb.

İlk “10”luqda ən çox "Barselona"nın futbolçuları yer alıb. Kataloniya təmsilçisinin 6, "Real" (Madrid), "Atletiko" (Madrid), "Bavariya" və "Yuventus"un isə hərəyə bir futbolçusu ən yaxşılar sırasına düşüb.

“Marca”nın müəyyənləşdirdiyi ilin ən yaxşı 10 futbolçusu bunlardır:

1. Lionel Messi ("Barselona")
2. Neymar ("Barselona")
3. Luis Suarez ("Barselona")
4. Andres İniesta ("Barselona")
5. Robert Levandovski ("Bavariya")
6. Serxio Buskets ("Barselona")
7. Klaudio Bravo ("Barselona")
8. Kriştiano Ronaldo ("Real", Madrid)
9. Antuan Qrizmann ("Atletiko", Madrid)
10. Pol Poqba ("Yuventus")

Aktual.az

Xəbər 604 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR