"İcra başçıları yola salınacaq" - Deputatdan vacib açıqlama


“Fəaliyyətində nöqsan olan icra başçıları işdən çıxarılmalıdır. Hesab edirəm ki, prezident bununla bağlı ciddi addımlar atacaq”

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Deputat Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəzi icra hakimiyyətlərində nöqsanların ortaya çıxdığını bildirib.

“Hesablama Palatasının apardığı yoxlamalarda korrupsiya halları aşkarlanır. Onlar arasında icra hakimiyyətləri də var. Mütəmadi olaraq palatanın hazırladığı materiallara baxış keçirilir və dövlət tərəfindən qərarlar verilir. Hesab edirəm ki, bu barədə müəyyən inzibati tədbirlərin görülməsinə ehtiyac var. İcra hakimiyyəti orqanında mənimsəmə, korrupsiya faktları varsa, həmin şəxs vəzifədən kənarlaşdırıla və məsuliyyətə cəlb olunmalıdır. Bu dövlət rəhbərinin mövqeyindən asılı olan məsələlərdir”,-deyə deputat vurğulayıb.

Qeyd edək ki, Hesablama Palatasının apardığı yoxlamalar zamanı bəzi icra hakimiyyətlərində ciddi nöqsanlar aşkar edilib. Məlum olub ki, dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmayıb, büdcə vəsaitlərinin təyinatı dəyişdirilib, əmək haqqının hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilib.

// Aktual.az

Xəbər 14847 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR