Honduras prezidentinin qardaşı ABŞ-da həbs edilib

Honduras prezidentinin qardaşı ABŞ-da həbs edilib
  • DÜNYA

Honduras prezidenti Xuan Orlando Ernandesin qardaşı Xuan Antonio Ernandes ABŞ-da həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Honduras Hökumətinə istinadən məlumat yayıb.
Bildirilir ki, dövlət başçısının qardaşı noyabrın 23-də Mayamidə həbs edilib. Xuan Antonio Ernandesin 40 yaşı var. O, ixtisasca hüquqşünasdır. Dövlət başçısının qardaşı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir.
Honduras prezidenti qardaşının həbsini şərh edib. O, bildirib ki, doğmaları Xuan Antonio Ernandesə dəstək üçün mümkün olan hər şeyi edəcəklər. 
Qeyd edək ki, Honduras prezidentinin bacısı İlda Ernandes ötən ilin dekabrında vertolyot qəzasında həlak olub.
 
Aktual.az
Xəbər 215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR