Hikmət Hacıyev: Bu il keçirilən WUF13 indiyədək təşkil olunan forumlar arasında ən böyüyüdür

Hikmət Hacıyev: Bu il keçirilən WUF13 indiyədək təşkil olunan forumlar arasında ən böyüyüdür

"İqlim dəyişikliklərinin təsirlərinə və əlverişsiz hava şəraitinə baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə işə başlayıb".
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” hesabında yazıb.
"Azərbaycanda qlobal urbanizasiya gündəliyinin gələcək konturları müəyyənləşdirilir. Bu il keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) indiyədək təşkil olunan forumlar arasında ən böyüyüdür. Tədbirdə 40 mindən çox iştirakçı iştirak edir", - Hikmət Hacıyev bildirib.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR