Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3463,2 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 4,9 faiz azalıb.
Bu barədə Aktual.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 31,1 faiz, avtomobil benzinin istehsalı 2,3 faiz artıb.
Bildirilir ki, cari ilin yanvar-iyul aylarında ölkədə ağ neft istehsalı 20,3 faiz, neft bitumu istehsalı isə 42,2 faiz azalıb.
Azərbaycanda istehsal olunan neft məhsulları:
Xəbər 35 dəfə oxunub.