İsveç, Belçika, Niderland və Lüksemburq oktyabrın 1-dən Rusiya vətəndaşlarının biometrik olmayan (köhnə, 5 illik), xarici pasportlarını tanımayacaq.
Aktual.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Məlumata görə, İsveç 2026-cı ilin sonunadək viza və ya yaşayış icazəsini oktyabrın 1-dən əvvəl almış Rusiya vətəndaşlarını bu pasportlarla ölkəyə buraxacaq.
Bununla da, Avropa Komissiyasında yeni məhdudiyyətlər qüvvəyə mindikdən sonra biometrik olmayan Rusiya pasportlarını tanımayan Avropa ölkələrinin sayı 15-ə çatıb.
Xəbər 35 dəfə oxunub.