Hidrogen bombası partladılmayıb – Kim Çenə qarşı iddia

Hidrogen bombası partladılmayıb   – Kim Çenə qarşı iddia
  • DÜNYA

Cənubi Koreya kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasının sınağı ilə bağlı bəyanatını şübhə altına alıb.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, kəşfiyyat hidrogen bombasının sınağı zamanı baş verən zəlzələnin maqnitudasının kifayət qədər yüksək olmadığını, buna görə də sınağın keçirilmədiyini bildirib: “Üçüncü sınaq zamanı (2013) partlayışın gücü 7,9 kiloton, zəlzələnin maqnitudası 4,9 qeydə alınıb. Bu dəfə partlayışın gücü 6 kiloton, zəlzələnin maqnitudası isə daha az - 4,8 olub” – deyə Cənubi Koreyanın kəşfiyyatı iddia edib.

Kəşfiyyatın məlumatına görə, hidrogen bombası bir neçə 100 ton gücə malikdir, hətta sınağın uğursuz keçdiyi təqdirdə bu güc onlarla ton olmalıdır.

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR