"Həyatımda belə atmosfer görməmişəm"

  • İDMAN

"Fənərbağça" Avropa Liqasının pley-off raundunda "Atromitos"a qalib gəlməklə turnirin qrup mərhələsində iştirak etmək hüququ qazanıb.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra açıqlamasında baş məşqçi Vitor Pereyra rahat qələbə qazandıqlarını vurğulayıb.

"Belə oyunlar həmişə çətin olub. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı. Səviyyəmizi ortaya qoyub buna nail olduq. Komanda ilə yanaşı mən də stilimi dəyişdirdim. Kostyum geydim. Rahat oyun oldu. 7-8 qol vura bilərdik. Hücum planında komandadan razı qaldım. Meydançanın ot örtüyü də əlverişli vəziyyətdə idi. Texnikalı oyun nümayiş etdirməyə nail olduq. Taktiki baxımdan da artırmışıq. "Atromitos" təhlükəli komandadır. Amma aqressiv oynamaqla onların əks-hücuma çıxmasına imkan vermədik. Kənardan matçın asan keçdiyini gördünüzsə, bu, bizim sayəmizdədir. Eyni zamanda bu gecə möhtəşəm atmosferə görə azarkeşlərə təşəkkür edirəm. Həyatımda belə atmosfer görməmişəm. Burda olmaqdan xoşbəxtəm".

Xəbər 625 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR