Həştərxanda Heydər Əliyevin anım mərasimi keçirildi

Həştərxanda Heydər Əliyevin anım mərasimi keçirildi

Rusiya Federasiyasının Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbində mərhum prezident Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib. 


Aktual.az xəbər verir ki, anım mərasimində Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov, məktəbin rəhbərliyi, valideynlər, müəllim və şagirdləri iştirak ediblər.

Şagirdlər məktəbin foyesində mərhum prezidentin büstü önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Ədalət Hüseynov tədbir iştirakçılarına Azərbaycan xalqının dahi övladı Heydər Əliyevin dövlət və siyasi fəaliyyəti barədə məlumat verib, onunla görüşlərindən xoş xatirələrindən və təəssüratlarından danışıb.

Aktual.az

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR