Həkim xəstəni döyərək öldürdü - Video

Həkim xəstəni döyərək öldürdü   - Video
  • DÜNYA

Rusiyada həkim xəstəni döyərək öldürüb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, hadisə Belqorod şəhərində yerləşən xəstəxanada baş verib. Belə ki, həkim otağa daxil olaraq müayinədən keçən xəstəni döyməyə başlayıb. Hadisə otaqda yerləşdirilən müşahidə kamerasına düşüb.


Görüntülərdən bəlli olur ki, həkim yumruqla xəstənin başına zərbə endirir. Aldığı zərbələrdən müavinətini itirən xəstə yerə yıxılır. Xəstənin tərpənmədiyini görən həkim və tibb bacıları ona yardım etməyə çalışır. Lakin tibb işçilərinin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olur ki, həkim xəstəni tibb bacısına söz atdığına görə döyüb.

Hazırda şəhərin İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb.

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR