Heç bir ölkədən qaz almağa ehtiyacı yoxdur -SOCAR

Heç bir ölkədən qaz almağa ehtiyacı yoxdur  -SOCAR

Hazırda SOCAR-ın heç bir ölkədən qaz almağa ehtiyacı yoxdur.


Aktual.az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bunu Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

Onun sözlərinə görə, “AzMeCo”, “Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə “Qazprom”dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastrukturundan istifadə edə bilərlər.

Qeyd edək ki, daha əvvəl SOCAR-ın “Azərenerji” ASC üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz alışına yardım göstərməyə hazır olduğu barədə məlumat yayılmışdı.

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR