Hava Limanı istiqamətindəki yollarda sürət həddi endirildi

Hava Limanı istiqamətindəki yollarda sürət həddi endirildi

Bakının bir sıra yollarında nəqliyyatın hərəkət sürəti endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
BNA-dan bildirilib ki, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.

Aktual.az
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR