"Hakimin son fiti bizi rahatlaşdırdı"


"Ardıcıl 3-cü ildi "qızıl dubl" edirik. Futbolçular buna layiq idilər".

Aktual.az  apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan kubokunun final matçında "Qəbələ" üzərində 2:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə mövsümü "qızıl dubl"la başa vurub.
 
Qarşılaşmadan sonra "CBC Sport"a açıqlama verən Qurbanov ağır oyun keçdiyini söyləyib: "Çətin oyun keçdi. Buna baxmayaraq, qələbə qazandığımızı üçün çox sevinirəm. Futbolçulardan razı qaldım. Açığı, hesab 2:0 olduqdan sonra nisbətən arxayınlıq yarandı. Amma 3-5 dəqiqə sonra yenidən həyəcan yaşadıq. "Qəbələ" çox hücum etməyə başladı, qapımızda qol imkanları yaratdl. Yalnız hakimin son fiti bizi rahatlaşdırdı. Fürsətdən istifadə edib Naxçıvan əhalisinə "sağ ol" deyirəm. Bu gün bizimlə oldular, bizə azarkeşlik etdilər".
 
Bir qədər istirahət etdikdən sonra gələn mövsümün hazırlıqlarına başlayacaqlarını bildirən baş məşqçi hücumçu Dino Ndlovunun final qarşılaşmasında "18-liy"ə düşməməsinin səbəbini də açıqlayıb: "Dino iki gün əvvəl Bakıdakı məşqin sonunda əzələsində ağrı hiss etdi. Zədəsi var idi. Biz də onu riskə atmaq istəmədik".
 
Aktual.az
Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR