Hadrutda zirzəmidə yığılan qəbir daşlarının "kimliyi" bəlli oldu (VİDEO)

Hadrutda zirzəmidə yığılan qəbir daşlarının

Bir müddət əvvəl ermənilərinin Hadrutu işğal etdikdən sonra azərbaycanlilarin qəbir daşlarini sökdükləri görüntülər sosial şəbəkələrdə əks olunmuşdu. 

Cəbrayıl işğal altında olan zaman Hadrutda yaşayan ermənilər burada olan qəbir daşlarını sökərək məzarları dağıdıblar. Qəbir daşlarının bəzilərini isə zirzəmilərə yığıb, bəzilərini satmaq məqsədilə istifadə etmişdilər. 

Baku TV-yə danışan Həcər Haqverdiyevanın 3 yaxını - anası, atası və gəlinlərinin məzarı məhz həmin dağıdılmış qəbirdaşlarının arasında olub. Həcər xanımın təkcə valideynlərinin qəbri deyil, eyni zamanda qardaşının yoldaşı və əmisinin məzar daşı dağıdılaraq məhv edilib. 

Qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan ordusu Hadrutu işğaldan azad etdikdən sonra qəbir daşlarından bəziləri Hadrutda zirzəmidə tapılıb.
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR