Hacıbəy Heydərli: Oxucunu yalan xəbərlərlə aldatmaq mümkün deyil - VİDEO

Hacıbəy Heydərli: Oxucunu yalan xəbərlərlə aldatmaq mümkün deyil -  VİDEO

AZXEBER.COM xəbər portalının baş redaktoru Hacıbəy Heydərli "Lider TV"yə müsahibə verib.

 
"Sosial şəbəkələr və media" mövzusunda danışan baş redaktor deyib ki, bu gün Azərbaycan oxucusu məlumatı yalnız bu mənbələrdən alır: "Həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmək mümkünsüzdür. Sevindirici haldır ki. sosial şəbəkələr bu gün həm də ölkəmizdə diskusiyya və xəbər alma platformu rolunu oynayır".
 
Baş redaktor onu da qeyd edib ki, bəzi xəbər portalları məlumatı dəqiqləşdirmədən hansısa "facebook" səhifəsinə istinadən yayırlar və bu da mediya inamsızlıq yaradır: "Bəzi hallarda hansısa profil və ya səhifə sahibi bilərəkdən yanlış məlumat yayar və bəzi saytlar da onlara istinad edir. Bu qeyri-etik yanaşmadır və mediaya inamsızlıq yaradır. Oxucunu aldatmaq, ona yalan məlumat vermək olmaz. Bu ümumilikdə mətbuatımızı nüfuzdan salan amildir"
 
Həmin süjeti təqdim edirik:
 
 
 
Xəbər 1649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR