Göyçayda avtomobil su arxına düşüb yaralılar var

Göyçayda avtomobil su arxına düşüb  yaralılar var

Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisində qeydə alınıb. 

Bakı istiqamətində hərəkətdə olan, Kəlbəcər rayon sakini, 1977-ci il təvəllüdlü Abdinov İsa Abdin oğlunun idarə etdiyi minik avtomobili yoldan çıxaraq su arxına düşüb.

Qəza nəticəsində sürücü və onun sərnişini, Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Kazımov Ramin Kazım oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Aktual.az

 
Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR