Gürcüstanın XİN başçısı parlamentə çağırılıb

Gürcüstanın XİN başçısı parlamentə çağırılıb
  • DÜNYA

Gürcüstanın xarici işlər naziri David Zalkaliani oktyabr ayında parlamentdə çıxış edəcək.

"Report”un yerli bürosu xəbər verir ki, XİN başçısının çıxışı müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) müraciəti əsasında baş tutacaq.
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava bildirib ki, D.Zalkaliani "nazir saatı” formatında dinləmədə iştirak edəcək.
VMHP D.Zalkalianini Rusiyanın xarici işlər naziri Sergey Lavrovla BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdiyi görüşündən sonra parlamentə çağırıb.
Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR