Gürcüstanda koronavirusa yoluxanların sayı 638-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 638-ə çatdı

Gürcüstanda daha 3 nəfərdə koronavirus aşkarlanıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə bu virus infeksiyasına yoluxanların sayı 638-ə çatıb. Onların 317-si artıq sağalıb, 10-u ölüb.
Hazırda ölkə üzrə karantində 4 896, stasionar nəzarətdə isə 444 nəfər saxlanılır.
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR