Gürcüstanda koronavirusa qarşı 4 dərman sınaqdan keçiriləcək

Gürcüstanda koronavirusa qarşı 4 dərman sınaqdan keçiriləcək

Gürcüstan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa qarşı 4 medikamentlə bağlı tədqiqatlarında iştirak edir.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, virusoloq Tengiz Tsertsvadze "IPN” agentliyinə müsahibəsində bildirib.
O deyib ki, Gürcüstan araşdırmalarda iştirakla bağlı təklifi ÜST-dən alıb.
Virusoloq qeyd edib ki, ölkədə 4 dərmanla bağlı sınaqlar 7 klinikada aparılacaq: "Pasiyentlərin araşdırmalara cəlb olunması könüllü əsaslarla olacaq”.
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR