Gürcüstanda azərbaycanlıların yaşadığı kənddəki insidentlə bağlı istintaqa başlanıldı

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddəki insidentlə bağlı istintaqa başlanıldı

Ötən gün Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) kəndində baş vermiş insidentlə bağlı istintaqa başlanılıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, fakt üzrə araşdırma başqasının əmlakına ziyan vurma və ya məhv edilməsi maddəsi üzrə aparılır.
Hadisə ilə bağlı zəruri istintaq tədbirləri həyata keçirilir, insidentdə iştirak edənlər dindirilir. Qarşıdurma zamanı iki avtomobilə müəyyən zərər dəyib, xəsarət alan olmayıb.
Xatırladaq ki, ötən gün axşam saatlarında kənd sakinləri koronavirusa yoluxan şəxslərin xəstəxanaya aparılmasına etiraz edərək həkim və polis əməkdaşlarına müqavimət göstəriblər. Muşevanidə COVID-19-a 10 nəfərin yoluxduğu bildirilir. Onlar hazırda kənddədirlər. 
Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR