Gürcüstanda azərbaycanlı 18 il müddətinə azadlıqdan məhrum olunub

Gürcüstanda azərbaycanlı 18 il müddətinə azadlıqdan məhrum olunub
  • DÜNYA

Gürcüstanın Telavi Rayon Məhkəməsi 2015-ci ildə Saqareco rayonunun Ləmbəli kəndində qətl törətməkdə ittiham olunan Şamxan Veçilovun işi üzrə qərar qəbul edib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, Ş.Veçilov qəsdən adam öldürmə, öldürməyə cəhd və odlu silahın qanunsuz saxlanılması maddələri ilə günahkar hesab olunaraq 18 il müddətinə azadlıqdan məhrum olunub.
Faktlarla sübuta yetirilib ki, Ş.Veçilov 2015-ci ilin noyabrın 19-da 14 min lari borc pul üstündə "Makarov” tipli tapança ilə 1971-ci il təvəllüdlü N.P. adlı şəxsi qətlə yetirib, 1956-cı il təvəllüdlü M.Q. adlı şəxsi isə yaralayıb. 
Qeyd edək ki, Ş.Veçilov hadisədən 3 il sonra – 2018-ci ilin iyununda Saqareco rayonunda saxlanılıb.
Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR