Gürcüstanın Qardabani rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılmasında şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.
"Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
1978-ci il təvəllüdlü S. A. adlı qadının üzərində axtarış zamanı iki bağlamada 21,76 qram heroin aşkar olunub. Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Aktual.az
Xəbər 186 dəfə oxunub.