Gürcüstan Azərbaycan qazından imtina etmir

Gürcüstan Azərbaycan qazından imtina etmir

““Qazprom” ilə danışıqların mövzusu tranzitin texniki detalları olub”.

Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsiaşvili bəyan edib ki, qaz təchizatı sahəsində Azərbaycan tərəfi ilə heç bir anlaşılmazlıq yoxdur, Aktual.az Gürcüstan KİV-nə istinadən xəbər verir.

Onun sözlərinə görə, “Qazprom” ilə danışıqların mövzusu Ermənistana qazın tranzitinin texniki detalları olub, və sosial qazın kontekstində hər hansı dəyişiklik barədə söhbət getmir, eyni zamanda Dmitri Kumsiaşvili İqtisadiyyat Nazirliyinin bu danışıqlara qatılmadığı faktını vurğulayıb.

“Mən Azərbaycanın iqtisadiyyat nazirinin müavini ilə görüşdüm. Bizim hələ, mən iqtisadiyyat nazirinin müavini olduğum dövrdən yaxşı münasibətlərimiz var. Heç bir anlaşılmazlıq yoxdur. Hal-hazırda söhbət Ermənistana gedən tranzitin sayından və müvafiq olaraq texniki detallara dair hər il aparılan danışıqlardan gedir.

Qazın tranziti üçün illik müqavilə bağlanılır və hər il qazın tranziti ilə əlaqədar görüşlər aparılır. Bir tərəf daha az ödəniş etmək istəyir, digər tərəf isə daha çox almaq istəyir. “Qazprom” ilə sosial qaz kontekstində söhbət aparılmır ki, hansısa dəyişiklik edilsin. Əgər kommersiya sektoru “Qazprom”dan qaz alarsa, bu artıq onların qərarıdır. Bu, bizim qərarımız deyil, və biz bu danışıqlara heç cür qatılmamışıq”, - Dmitri Kumsiaşvili bəyan edib.

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR