“Günəşli” yatağında daha bir yanğın - SOCAR-dan açıqlama

“Günəşli” yatağında daha bir yanğın   - SOCAR-dan açıqlama

“Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən yanğın baş verib.

SOCAR-dan verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

Məlumata görə, hazırda özüldəki işçilərin təxliyyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür. 

Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək. 

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR