Güclü yağış təyyarəni yoldan çıxardı

Güclü yağış təyyarəni yoldan çıxardı
  • DÜNYA

İndoneziyanın Cokyakarta şəhərində sərnişin təyyarəsi hava limanında uçuş-eniş zolağından kənara çıxıb.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, buna səbəb güclü yağışın yağması olub.

İdarəetmədən çıxan "Boeing 737-800" təyyarəsində 130 sərnişin və heyət üzvü olub.

Verilən məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzadan sonra hava limanı müvəqqəti bağlanıb. Həmin hava limanına gələn təyyarələr yaxınlıqdakı aeroportlara yönləndirilib.
 
Aktual.az
Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR