Gömrükdə qaçaqmal telefonlar aşkarlandı

Gömrükdə qaçaqmal telefonlar aşkarlandı

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Aktual.az-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin qapılarının içərisində 20 ədəd "Nokia D472", 23 ədəd "Nokia 105" və 28 ədəd "X-inova" markalı mobil telefonlar, həmçinin 71 ədəd yükləyici və 71 ədəd qutu aşkara çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR