Gömrükçülər “Sədərək” və “Binə”də əməliyyat keçirdi

Gömrükçülər “Sədərək” və “Binə”də əməliyyat keçirdi

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsi gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən "Binə” və "Sədərək” ticarət mərkəzlərində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib. 

Bu barədə Aktual.az-a  DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, adıçəkilən ticarət mərkəzlərində həyata keçirilən əməliyyat zamanı müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən ümumilikdə 53 200 ədəd bu kimi məhsullar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR