Gömrük Komitəsi dövlət büdcəsinə normadan artıq pul ödəyib

Gömrük Komitəsi dövlət büdcəsinə normadan artıq pul ödəyib

Gömrük orqanları tərəfindən 2 milyard 246,66 milyon manat gömrük vergi və rüsumu toplanaraq dövlət büdcəsinə köçürülüb.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətindən məlumat verilib.

2016-cı il dekabrın 27-nə olan məlumata görə, DGK cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı 2 milyard 246,66 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 124,12 % əməl edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 654,8 milyon manat və ya 41,1% artıq deməkdir.
 
Aktual.az
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR