Gizlin ailə həyatı quran Səidə Dadaşova ana olub

Gizlin ailə həyatı quran Səidə Dadaşova ana olub

İlk ugursuz evliliyndən sonra ikinci dəfə nigaha daxil olan xalq artisti Rəfael Dadaşovun qızı, müğənni Səidə Dadaşova ana olub.

Gecce.az xəbər verir ki, Səidə ikinci evliliyini ictimaiyyətə bəlli etməyib. Onun ötən ay oğul anası olduğu dünən 5/5 verlişində bəlli olub.
Övladının bir aylıq olduğunu bildirən Səidə ona atasının adını verib:

"Böyüklərin tövsiyələrindən nəticə çıxardım. Həqiqətən də, ailə, uşaq lazımdır. Oturmuşam sizin studiyada, ağlım oğlumun yanındadır. Anam baxır hazırda ona. Ürəyim çırpınır, tez evə gedib, oğlumu bağrıma basmaq istəyirəm. Bu, başqa bir hissdir. Ana olandan sonra çox dəyişdim. Amma övladımla reklam olunmaq istəmirəm".

Səidə ikinci dəfə ailə qurduğu şəxsin kimliyini açmaq istəmədi. Studiya arxasında onu izləyən həyat yoldaşının adını soruşan Zaur Kamalın da sualını cavabsız qoydu.

Xatırladaq ki, Səidə Türkiyə vətəndaşı Səlçuk Gökgözlə 2009-cu ildə ailə qurub. Onlar 3 il sonra ayrılıblar.

// Aktual.az

Xəbər 15336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR