Gənclərin biznes quruculuğuna dəstək

Gənclərin biznes quruculuğuna dəstək

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin biznes quruculuğuna dəstək” adlı layihənin icrasına başlayıb. 

Bakı, Gəncə və Mingəçevir şəhərlərində reallaşdırılan layihənin əsas məqsədi gənclərin kiçik biznes quruculuğuna təşviq edilməsinə, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılmasına, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına kömək etməkdir. 
Layihə çərçivəsində gənclər üçün aparıcı şirkətlərdə praktiki məşğələlərin təşkili edilməsi, biznes idarəçiliyinə dair təlim proqramının və tanınmış iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlıq subyekti olmaq istəyən gənclərə hüquqi yardımların göstərilməsi, onlar üçün məsləhət xidmətlərinin təşkili də planlaşdırılır. 
Gənclərə biznes quruculuğu işində dəstək vermək məqsədilə Bakı şəhərində aparıcı şirkət və müəssisələrinin rəhbərlərinin, habelə gənclərin iştirakı ilə əməkdaşlıq forumunun keçirilməsi də əsas fəaliyyətlərdəndir. 
Mərkəzin mətbuat xidmətindən bildirilir ki, hazırda ölkəmizdə əlverişli biznes mühiti formalaşdırılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Hazırda çoxlu saylı fiziki və ya hüquqi şəxs rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Amma statistik göstəricilərə nəzər yetirsək görərik ki, sahibkarlıqla məşğul olanların böyük əksəriyyəti orta yaşlı insanlardır. Gənclər biznes sahəsində yalnız işçi və ya formal təsisçi rolunu oynayır. Aktiv olaraq şəxsi biznesini quran gənc insanlar çox azdır. Gənclərlə bağlı dövlət proqramlarında da gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı müddəa mövcuddur və bu istiqamətdə müvafiq qurumlar əməli işlər həyata keçirirlər. Amma bunlarla kifayətlənmək olmaz. Müxtəlif qurumlar fərqli üsullarla gəncləri kiçik biznes quruculuğu işinə həvəsləndirə bilərlər. Bunları nəzərə alaraq, Gənclər üçün Təhsil Mərkəzi bu layihə ideyası ilə çıxış etmişdir.  
 
Aktual.az
Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR