“Gənclərin biznes quruculuğuna dəstək” pilot layihəsi başa çatdı

“Gənclərin biznes quruculuğuna dəstək” pilot layihəsi başa çatdı

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənclərin biznes quruculuğuna dəstək” adlı pilot layihə uğurla başa çatdı. 

Bakı, Gəncə və Mingəçevir şəhərlərində reallaşdırılan layihənin əsas məqsədi gənclərin kiçik biznes quruculuğuna təşviq edilməsinə, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılmasına, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına kömək etmək idi. 
Layihənin ilk mərhələsində təcrübəli ekspertlər və sahibkarlar tərəfindən gənclər üçün təlim proqramı təşkil olunmuş, biznes quruculuğu, biznes etikası, investorlara 5 dəqiqə ərzində ideyanı təqdim etmək, müştəri məmnuniyyəti, ideyanı biznese çevirmək, strateji planlaşdırma, maliyyə axtarışı, risklərin idarə olunması və s. mövzularda tədris prosesi aparılmışdır. 
Layihənin digər mərhələlərində isə gənclər üçün aparıcı şirkətlərdə praktiki məşğələlər təşkili edilmiş, tanınmış iş adamları ilə görüşlər keçirilmiş, sahibkarlıq subyekti olmaq istəyən gənclərə hüquqi yardımlar göstərilmiş, onlar üçün məsləhət xidmətləri təşkil olunmuşdur. 
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirmişdir ki, başa çatan pilot layihə qurumun kiçik biznes quruculuğu sahəsində gənclər üçün hazırladığı uzunmüddətli proqramın başlanğıcı idi. Bu layihə ölkənin aparıcı şəhərlərində gənclərin sahibkar kimi formalaşmasına marağın hansı səviyyədə olmasını, hansı resursların yaradılmasına olan ehtiyacı və s. öyrənməyə imkan verdi. Hazırda bu layihənin benefisiantı olmuş 6 gənc kiçik biznes qurur. Ümid edirik ki, uzunmüddətli proqramımız çərçivəsində kiçik biznes quran gənclərimizin sayı daha da artacaqdır. Düşünürük ki, bu layihənin əhatə dairəsini və icra mexanizmlərini daha da təkmilləşdirək. Yaxın gələcəkdə Mərkəzin nəzdində Gənclərin Biznes Quruculuğuna Dəstək Xidməti adlı qurumun yaradılmasını planlaşdırırıq. 












Xəbər 645 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR