Gəncədəki 22 seçki məntəqəsində "exit-poll" keçirilir

Gəncədəki 22 seçki məntəqəsində

Gəncədəki dörd Seçki Dairəsi üzrə 1497 yerli müşahidəçi qeydiyyata alınıb. 

Aktual.az  APA-ya istinadən bildirir ki, şəhər üzrə 150862 seçici var. 37, 38, 39 və 40 saylı Seçki dairələrində 112 seçki məntəqəsi fəaliyyət göstərir. Buraya hərbi hissələrdə və 2 saylı istintaq təcridxanasında yaradılan 5 seçki məntəqəsi də daxildir. Gəncədəki seçki məntəqələrindən 40-da web kameralar quraşdırılıb. 44 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar quraşdırılıb. 
 
Dairə Seçki komissiyalarından verilən məlumata görə, "Rəy" monitorinq qrupu və "Vətəndaş Cəmiyyəti Uğrunda" təşkilatı 22 məntəqədə "exit-poll" keçirir.

Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR